...

Çexiyada "Heydər Əliyev kuboku" turniri keçiriləcək

Cəmiyyət Materials 19 Aprel 2011 14:41 (UTC +04:00)
Çexiyada "Heydər Əliyev kuboku" turniri keçiriləcək. "Odlar Yurdu" təşkilatından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən təşkilatın təşəbbüsü ilə aprelin 30-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində həvəskarlar arasında "Heydər Əliyev kuboku" futbol turniri başlayacaq.
Çexiyada "Heydər Əliyev kuboku" turniri keçiriləcək

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir T.Hacıyev/

Çexiyada "Heydər Əliyev kuboku" turniri keçiriləcək. "Odlar Yurdu" təşkilatından çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Böyük Britaniyada fəaliyyət göstərən təşkilatın təşəbbüsü ilə aprelin 30-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində həvəskarlar arasında "Heydər Əliyev kuboku" futbol turniri başlayacaq.

Turnirin təşkilati işlərini "Odlar Yurdu"nun Çexiya üzrə nümayəndəliyi həyata keçirəcək. Təşkilatdan verilən məlumata görə, 12 ölkəni təmsil edən komandaların iştirak edəcəyi turnirin final görüşü mayın 7-də keçiriləcək.

"Odlar Yurdu" təşkilatı analoji yarışı indiyə qədər bir neçə dəfə Böyük Britaniyada təşkil edib.

Xəbər lenti

Xəbər lenti