...

Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasının islah işləri və ya cərimə ilə əvəzlənməsi qaydası açıqlanıb

Cəmiyyət Materials 28 Aprel 2011 16:33 (UTC +04:00)
Trend-in məlumatına görə, "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsində keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq.
Azərbaycanda azadlığın məhdudlaşdırılması cəzasının islah işləri və ya cərimə ilə əvəzlənməsi qaydası açıqlanıb

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Cinayət Məcəlləsindən azadlığın məhdudlaşdırılması cəzası çıxarılandan sonra bu cəzaya məhkum olunmuş şəxslərin cəzalarının çəkilməmiş hissəsinin islah işləri və ya cərimə cəzaları ilə əvəzlənməsi qaydası açıqlanıb.

Trend-in məlumatına görə, "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsində keçid müddəalarında qeyd olunub ki, əlavə və dəyişikliklər qüvvəyə minəndən sonra azadlığın məhdudlaşdırılması növündə cəza çəkən şəxslər barəsində hökmlərə yenidən baxılacaq.

Məhkəmələr bu cəzaya məhkum olunmuş şəxslərin ərizəsi və ya cəzanı icra edən müəssisənin təqdimatı əsasında yenidən baxacaqlar.

Qanun qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmadıqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 300 manatdan 500 manatadək cərimə cəzası ilə əvəzlənəcək.

Bu cəzanın çəkilməmiş hissəsi 1 ildən 2 ilədək olduqda 1 gün azadlığın məhdudlaşdırılmasına 1 gün islah işləri hesablanmaqla, islah işləri cəzası ilə və ya 500 manatdan 800 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənəcək.

Azadlığın məhdudlaşdırıması cəzasının çəkilməmiş hissəsi 2 ildən artıq olduqda isə 800 manatdan 1000 manatadək miqdarda cərimə cəzası ilə əvəzlənəcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi aprelin 26-da keçirdiyi iclasda Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edərək parlamentdə müzakirəyə tövsiyə edib.

Xəbər lenti

Xəbər lenti