...

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə silah verilməsinə qoyulan qadağanın götürülməsini istəyir

Cəmiyyət Materials 3 May 2011 16:03 (UTC +04:00)
Azərbaycanda orta məktəblərə silah verilməməsi ibtidai hərbi hazırlıq dərslərinin yüksək səviyyədə təşkil olunmasına mane olur.
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərə silah verilməsinə qoyulan qadağanın götürülməsini istəyir

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda orta məktəblərə silah verilməməsi ibtidai hərbi hazırlıq dərslərinin yüksək səviyyədə təşkil olunmasına mane olur. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması məqsədilə keçirilən ictimai müzakirələrdə çıxışı zamanı təhsil nazirinin müavini Elmar Qasımov bildirib.

"Müdafiə Nazirliyinin xüsusi əmri ilə məktəblərdə təcrübə məqsədilə silahların verilməsi qadağan edilib. Nazirliyin bu qadağası götürülməlidir ki, məktəblərə silah verilsin. Müdafiə Nazirliyi də "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması prosesinə cəlb olunmalı və bu əmr ləğv edilməlidir", - Qasımov əlavə edib.

Azərbaycan Prezidenti "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması barədə sərəncam imzalayıb.

Prezident İlham Əliyev aprelin 22-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənc və tələbə gənclər təşkilatlarının nümayəndələri ilə keçirdiyi görüş zamanı qeyd edib ki, həmin proqramda hərbi hazırlıqla bağlı xüsusi yer ayrılmalıdır.

Xəbər lenti

Xəbər lenti