...

Azerfon-Vodafone qan donorları bazasının yaradılmasını dəstəkləyir (FOTO)

Cəmiyyət Materials 3 May 2011 16:56 (UTC +04:00)
Mayın 2-də Azerfon-Vodafone-nun dəstəyi, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Tibb Universitetinin "SİFE" komandasının təşkilatçılığı ilə "www.QanVer.az" veb səhifəsinin təqdimat mərasimi keçirilib.
Azerfon-Vodafone qan donorları bazasının yaradılmasını dəstəkləyir (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 2-də Azerfon-Vodafone-nun dəstəyi, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Tibb Universitetinin "SİFE" komandasının təşkilatçılığı ilə "www.QanVer.az" veb səhifəsinin təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdim edilən veb səhifənin əsas məqsədi Azərbaycanda ilk dəfə olaraq könüllü donorların elektron bazasını yaratmaqdır. Bununla da, qana ehtiyacı olan, eyni zamanda, qanvermə ilə bağlı hər hansı bir sualı olan insanlar rahatlıqla müraciət edərək istənilən informasiyanı sayt vasitəsilə əldə edə biləcəklər.

Azerfon-Vodafone hər zaman sosial layihələri dəstəkləyərək diqqət mərkəzində saxlayır və onlara qayğı göstərir. Layihə zamanı toplanacaq qan daha sonra irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsində təmənnasız istifadə olunacaq.

"Qan Donorları Assosiasiyası" İctimai Birliyi respublikada qan donorluğunun inkişafına dəstək məqsədilə 2007-ci ilin sentyabrında bir qrup könüllü qan donorlarının təşəbbüsü ilə təsis olunub. Birliyin əsas məqsədi respublikada daimi könüllü qan donorlarından ibarət milli donor şəbəkəsini yaratmaq və qan ehtiyacı olan insanlara dəstək olmaqdır.

Xəbər lenti

Xəbər lenti