...

Bu gündən Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinə start verilib

Cəmiyyət Materials 5 May 2011 11:46 (UTC +04:00)
Bu gündən Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinə start verilib.
Bu gündən Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinə start verilib

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir K.Zərbalıyeva/

Bu gündən Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinə start verilib.

Trend-in məlumatına görə, bununla bağlı cümə axşamı ATƏT-in Bakı ofisi, DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Əmək Təşkilatının iştirakı ilə tədbir keçirilib.

İnsan alverinə qarşı mübarizə həftəsinin keçirilməsində məqsəd insan alveri ilə bağlı maarifləndirmə işlərini gücləndirməkdir. Tədbirdə qeyd olunub ki, mayın sonunda ATƏT-in Bakı ofisinin təşkilatçılığı, QHT və dövlət qurumlarının iştirakı ilə insan alveri ilə bağlı beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə çıxış edən DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib ki, 2010-cu il ərzində insan alverinə qarşı mübarizə idarəsi tərəfindən 70 fakt aşkar edilib. Onun sözlərinə görə, həmin işlər üzrə 39 nəfər müqəssir şəxs qismində məsuliyyətə cəlb olunub, 34 nəfər insan alveri qurbanı müəyyən edilib.

Qurbanlardan 27-si sığınacağa yerləşdirilib, 5-i işlə təmin olunub, 21-i isə peşə kursuna göndərilib.

Nəcəfov deyib ki, 31 nəfər potensial qurbanın məşğulluğu təmin olunub. 30 nəfərə birdəfəlik kompensasiya verilib.

İdarənin "qaynar xətti"nə ötən il ərzində 13 min 699 müraciət daxil olub. Onlardan 15-i insan alverindən zərərçəkənlərlə bağlıdır. Müraciətlərdən 1436-sı xaricdə iş, 652-si xaricdə təhsil alma təklifi, 82-si isə xarici vətəndaşlarla nikah bağlama ilə əlaqədar olub.

Xəbər lenti

Xəbər lenti