Azərbaycan, Bakı, 7 may /Trend, müxbir P.Həmidov/
Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 7-də Gəncə şəhərində vətəndaşların qəbulunu keçirib.
DİN-nin mətbuat xidmətindən bildirilib ki, həmin gün Şəhər Polis İdarəsində Gəncə şəhəri, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy və Qazax rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.
Nazir tərəfindən qəbul edilən 33 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib.
General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.