...

Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binaları açılıb

Cəmiyyət Materials 9 May 2011 17:33 (UTC +04:00)
Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binaları açılıb
Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binaları açılıb

Azərbaycan, Bakı, 9 may /Trend/

Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Hacıqabul, Samux və Tovuz rayon polis şöbələrinin yeni inzibati binalarının açılışı olub. Hər üç tədbirdə Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib. Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Usubov açılışı bildirən lentləri kəsib və binalarla yaxından tanış olub.

Tikintisinə ötən ilin aprelində başlanmış inzibati binalar ən müasir standartlara uyğun tikilib, bütün zəruri avadanlıq, kommunikaslyalar və mühəndis qurğuları ilə təchiz edilib, xüsusi təyinatlı mebel və inventarla təmin olunub. İnzibati binalarda Qeydiyyat və şəxsiyyət vəsiqəsi, Dövlət yol polisi bölmələri, Növbətçi hissə və digər xidməti otaqlar yaradılıb.

Nazir Növbətçi hissələrə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və kompyuter sistemi ilə təchiz edilmiş tədris otaqlarına, akt zallarına, Müvəqqəti Saxlama Təcridxanalarına baxıb, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olub.

Görülən işləri yüksək qiymətləndirən daxili işlər naziri əməkdaşların normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasından məmnunluğunu bildirib, tövsiyələrini verib.

Usubov əmin olduğunu bildirib ki, Hacıqabul, Samux və Tovuz RPŞ-lərin şəxsi heyəti göstərilən yüksək diqqət və qayğıya sabitliyin, əmin-amanlığın etibarlı qorunması, cinayətkarlıqla qətiyyətli mübarizə sahəsində öz nümunəvi xidməti ilə cavab verəcək.

Xəbər lenti

Xəbər lenti