...

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycanda televiziyaların vəziyyəti ilə maraqlanıb

Cəmiyyət Materials 12 May 2011 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir T.Hacıyev/

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ilə görüşüb.

Trend-in MTRŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanda televiziya və radio yayımı ilə bağlı qanunvericiliyin mövcud vəziyyəti, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələr, bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsi üçün birgə müzakirələrin aparılmasına dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, internet televiziyası barədə müzakirələr keçirilib. Şura sədri internet televiziyasının tənzimlənməsi ilə bağlı hər hansı işlərin aparılmadığını qonağın diqqətinə çatdırıb. Miyatoviç bununla bağlı müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

MTRŞ sədri qonağı maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti

Xəbər lenti