...

"Avroviziya 2011" qalibi Azərbaycan oldu (FOTOSESSIYA)

Cəmiyyət Materials 15 May 2011 04:43 (UTC +04:00)
"Avroviziya 2011" qalibi Azərbaycan oldu
"Avroviziya 2011" qalibi Azərbaycan oldu (FOTOSESSIYA)

Fotoşəkillər əlavə olunub ( İlk xəbər saat 03:26 yayımlanıb)

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.

Almaniyanın Düsseldorf şəhərinin "Espirit Arena" stadionunda təşkil olunan mahnı müsabiqəsini ənənəyə uyğun olaraq yarışmanın ötən ilki qalibi Lena Mayer-Landrut ifası ilə açdı. Sonra səhnəyə "Avroviziya 2011" müsabiqəsində iştirak edən 43 ölkənin bayrağı ilə qızlar səhnəyə daxil oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Fotoşəkillər- Avroviziya rəsmi saytı

Xəbər lenti

Xəbər lenti