...

İsmayıl Ömərov: Azərbaycanın "Avroviziya 2011" müsabiqəsinin qalib olması tarixi bir qələbədir

Cəmiyyət Materials 15 May 2011 13:35 (UTC +04:00)
Eldar Qasımov və Nigar Camalın "Avroviziya 2011" müsabiqəsinin qalib olması tarixi bir qələbədir, bunu bazar günü almaniyadan telefonla Trend-ə açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyib
İsmayıl Ömərov: Azərbaycanın "Avroviziya 2011" müsabiqəsinin qalib olması tarixi bir qələbədir

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir M.Əliyev/

Eldar Qasımov və Nigar Camalın "Avroviziya 2011" müsabiqəsinin qalib olması tarixi bir qələbədir, bunu bazar günü Аlmaniyadan telefonla Trend-ə açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov deyib.

"Bu, tarixi bir qələbədir. Azərbaycan mədəniyyətinin, musiqisinin, xalqının mənəvi yetkinliyinin qələbəsidir, özü də mütləq qələbəsidir. Yarışda birinci yer tutanla ikinci-üçüncü yeri tutanlar arasında nə qədər böyük bir fərq oldu. Bu, baş verməli idi . Dünya Azərbaycanın milli sərvətini qiymətləndirməli idi. Bu dörd ildən sonra oldu. Bütün xalqımızı, bütün dinləyənləri, qiymətləndirənləri təbrik edirəm" Ömərov deyib.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi oldu.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").

Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutdu.

Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova verdilər.

Xəbər lenti

Xəbər lenti