...

Həştərxanda ikinci Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Cəmiyyət Materials 16 May 2011 10:52 (UTC +04:00)
Mayın 18-19-da Həştərxanda ikinci "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.
Həştərxanda ikinci Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Tarıverdiyeva/

Mayın 18-19-da Həştərxanda ikinci "Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru" Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək.

Belə tədbirlərin keçirilməsi Azərbaycan ilə Rusiya arasında gələcək əməkdaşlığın dərinləşdirilməsinə yardım edir. Moskva Dövlət Universitetinin (MDU) Tarix fakültəsinin dekan müavini, "Vestnik Kavkaza" analitik-informasiya agentliyinin baş redaktoru, Trend-in Ekspert Şurasınnı üzvü Aleksey Vlasov belə hesab edir.

"İki ölkənin qarşılıqlı münasibətlərinin əsas aspektləri - infrastruktur layihələr, regionlararası sahədə qarşılıqlı iqtisadi və maliyyə fəaliyyəti, ümumi humanitar məkanın problemləri və perspektivləri forumun diqqət mərkəzində olacaq", - Vlasov Trend-ə bildirib.

Onun sözlərinə görə, forum iştirakçılarına təqdimatı ötən cümə günü MDU-də keçirilən ikitərəfli münasibətlərin müasir vəziyyəti və perspektivləri haqqında birgə məruzənin təqdim olunması planlaşdırılır.

Mayın 13-də Moskvada M.V.Lomonosov adına MDU-nin Tarix fakültəsində "Müasir mərhələdə Rusiya-Azərbaycan münasibətləri: problemlər və perspektivlər" adlı "dəyirmi masa" keçirilib.

Tədbir zamanı Rusiya-Azərbaycan ekspert qrupunun birgə məruzəsinin təqdimatı keçirilib.

Vlasovun sözlərinə görə, iki ölkənin elmi və ekspert cəmiyyətləri arasında əlaqələrin intensivliyi nəzərəçarpacaq dərəcədə artıb. O bildirib ki, indi bu müsbət tendensiyanı idarə təcrübəsi səviyyəsində möhkəmləndirmək vacibdir.

Xəbər lenti

Xəbər lenti