...

Kaliforniyada Azərbaycan musiqisi həftəsi San-Fransiskoda konsertlə başa çatıb (FOTO)

Cəmiyyət Materials 16 May 2011 14:12 (UTC +04:00)
Kaliforniyada Azərbaycan musiqisi həftəsi San-Fransisko şəhərinin "Fort Meyson" Mədəniyyət Mərkəzində konsertlə başa çatıb.
Kaliforniyada Azərbaycan musiqisi həftəsi San-Fransiskoda konsertlə başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

Kaliforniyada Azərbaycan musiqisi həftəsi San-Fransisko şəhərinin "Fort Meyson" Mədəniyyət Mərkəzində konsertlə başa çatıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun məlumatında deyilir.

"Bütün turne boyunca olduğu kimi, San-Fransisko tamaşaçıları istedadlı pianoçu Emil Əfrasiyabın rəhbərliyi ilə etno-caz proqramını və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının çıxışlarını gurultulu alqışlarla qarşılayıblar. Azərbaycan musuqisi gecəsi Azərbaycanın "Avroviziya-2011" müsabiqəsində qələbəsi ilə əlaqədar xüsusi bayram əhval-ruhiyyəsində keçib. Beləliklə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyinə həsr edilən konsert Azərbaycanın "Avroviziya"da uğurunun ABŞ-da ilk bayram edilməsi olub", - məlumatda deyilir.

Şimali Kaliforniyanın müxtəlif şəhərlərindən toplaşan tamaşaçılar arasında Azərbaycanın xalq artisti maestro Çingiz Sadıxov da olub.

Azərrbaycan Mədəniyyət və Turizm Nazirliyinin Los-Ancelesdəki Baş Konsulluqla birgə təşkil etdiyi turne çərçivəsində Azərbaycanın müstəqilliyinin 20 illiyi Kaliforniyanın mədəniyyət ustalarının Los-Anceles, Santa-Monika və San-Fransiskoda zəngin və parlaq konsert proqramları ilə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti