...

"Son zəng" yalnız məktəb daxilində keçiriləcək - Təhsil Nazirliyi

Cəmiyyət Materials 23 May 2011 13:07 (UTC +04:00)
Azərbaycanda "Son zəng" mayın 31-də yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Təhsil Nazirliyindən bildirilib.
"Son zəng" yalnız məktəb daxilində keçiriləcək - Təhsil Nazirliyi

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda "Son zəng" mayın 31-də yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən qeyd edilib ki, təhsil naziri Misir Mərdanovun "Ümumtəhsil məktəblərində "Son zəng" tədbirinin keçirilməsi haqqında" əmrinə əsasən, "Son zəng" mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində keçirilə bilər.

Əmrdə ölkənin ümumtəhsil məktəblərində təşkil olunan "Son zəng" tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub.

Eyni zamanda, əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə "Son zəng"in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

"Son zəng" tədbirini məzunların həyatında yaddaqalan və əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olunması da əmrdə göstərilib.

Xəbər lenti

Xəbər lenti