Azərbaycan, Bakı, 26 may /Trend, müxbir M.Əliyev/
Cümə axşamı Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun Azərbaycana rəsmi səfəri başlayır.
Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Aleksandr Jukov cümə günü Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcək.
Qonaqlar daha sonra Şəhidlər xiyabanında olacaqlar.
Həmin gün Aleksandr Jukov Tennis Akademiyası, Bayraq Meydanı və Müasir İncəsənət Muzeyi ilə də tanış olacaq.
Səfərin ikinci günü Rusiya Olimpiya Komitəsinin prezidenti Heydər Əliyev Fondunda, "Sərhədçi" İdman Olimpiya Mərkəzində, "Şağan" Olimpiya İdman Kompleksində olacaq, İçəri Şəhərə gəzintiyə çıxacaq.
Rusiyanın Olimpiya Komitəsinin prezidenti Bakıya gəlir
Cümə axşamı Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun Azərbaycana rəsmi səfəri başlayır.
