...

Azərbaycan arxeoloqları Gülüstan qalasında qazıntılar aparacaqlar

Cəmiyyət Materials 26 May 2011 13:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası nın Arxeologiya və Etnoqrafiya İnstitutu iyun ayından Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq.
Azərbaycan arxeoloqları Gülüstan qalasında qazıntılar aparacaqlar

Azərbaycan, Bakı, 26 may /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası nın Arxeologiya və Etnoqrafiya İnstitutu iyun ayından Şamaxı rayonu ərazisində yerləşən Gülüstan qalasında arxeoloji qazıntılara başlayacaq.

Trend-in məlumatına görə, institutun numizmatika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri Akif Quliyev cümə axşamı AMEA-nın rəsmi saytına bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi ilə əlaqədar Arxeologiya və Etnoqrafiya İnstitutu respublikanın müxtəlif bölgələrində geniş miqyaslı arxeoloji tədqiqat işlərinə başlayacaq.

Həmin bölgələrdən biri də Azərbaycanın qədim elm və mədəniyyət beşiyi olan Şamaxı şəhəridir.

Gülüstan qalası VIII-XII əsrlərə aid memarlıq abidəsidir. Bu qala Azərbaycanın dövlətçilik tariximində özünəməxsus yerə malik olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından biri olub. Qala XII-XIII əsrlərdə köklü şəkildə yenidən qurulub. Gülüstan qalası tarix boyu xəzərlərin, ərəblərin, səlcuqların, gürcülərin, monqolların, Səfəvi və Osmanlı imperiyalarının yürüşləri zamanı şamaxılıların sığındıqları və müdafiə olunduqları istehkam olub.

Orta əsr mənbələrinə görə, qalaya ən böyük zərbə Səfəvi hökmdarları I Təhmasib və I Abbasın dövründə vurulub. Bu günümüzə qalanın yalnız xarabalıqları gəlib çatıb.

Xəbər lenti

Xəbər lenti