...

Qobuda tikiləcək zooparkın ilkin layihəsi hazırdır

Cəmiyyət Materials 27 May 2011 12:18 (UTC +04:00)
Bakının Qobu qəsəbəsində tikiləcək zooparkın ilkin layihəsi artıq hazırdır. Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.
Qobuda tikiləcək zooparkın ilkin layihəsi hazırdır

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir İ.İsabalayeva/

Bakının Qobu qəsəbəsində tikiləcək zooparkın ilkin layihəsi artıq hazırdır. Trend-in məlumatına görə, bunu bu gün Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfransında Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, ilkin layihə alman-türk şirkəti tərəfindən hazırlanıb. Zoopark üçün Qobuda 55 hektar sahə ayrılıb. Hazırda zooparkın inşası ilə bağlı iş aparılır.

"Zoopark üçün seçilən yer çox sərtdir, ətrafda çoxlu palçıq vulkanları var. Buna baxmayaraq, beynəlxalq ekspertlər bu yeri münasib hesab ediblər. Onlar belə zooloji obyektin şəhər kənarında olmasını daha məqsədəuyğun hesab edirlər", - Bağırov deyib.

Nazir əlavə edib ki, zooparkın tikinti üçün dövlət tərəfindən 2,8 milyon manat maliyyə vəsaiti ayrılıb.

Bağırov bu zooparkın dünyada azsaylı zooloji obyektlərdən biri olacağını da söyləyib.

"Bakıda zoopark yox, heyvanxana var. Bura isə boyük ixtisaslaşmış zooloji obyekt olacaq. Əsas məqsəd yalnız insanların heyvanlara baxması deyil, bərpa, çoxaltma, vəhşi təbiəti peşəkarçasına mühafizə etmək, bəzi heyvanların nəslinin kəsilməsinin qarşısını almaqdır. Digər məqsəd burada yalnız heyvanlar deyil, bitkilər, ağacların da olmasıdır", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti