...

2011/2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu sabah başa çatır

Cəmiyyət Materials 30 May 2011 12:05 (UTC +04:00)
2011-2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu mayın 31-də saat 19:00-da yekunlaşacaq.
2011/2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu sabah başa çatır

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İsabalayeva/

2011-2012-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə sənəd qəbulu mayın 31-də saat 17:00-da yekunlaşacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə
bazar ertəsi Trend-ə bildirib ki, indiyədək ali və orta ixtisas məktəblərinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək üçün 103 443 nəfər abituriyent ərizəsini təsdiqlədib.

Abituriyentlərin 92 407-si Azərbaycan, 11 036-sı rus bölməsinə sənəd verib. Onların 32 452-si I, 25 511-i II, 30 829-u III, 14 651 nəfəri isə IV ixtisas qrupuna sənəd verib.

I ixtisas qrupuna sənəd verənlərin 29 251 nəfəri Azərbaycan, 3201 rus bölməsinə, II qrupa sənəd verənlərin 22 358-i Azərbaycan, 3153-ü rus bölməsinə, III qrupa sənəd verənlərin 27 538-i Azərbaycan, 3291-i rus bölməsinə, IV qrupa sənəd verənlərin 13260-ı Azərbaycan, 1391-i rus bölməsinə ərizə verib.

Sənəd qəbulu aprelin 20-də başlayıb və iki mərhələdə aparılır.

Birinci mərhələdə (20 aprel - 31 may) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurur, ikinci mərhələdə (27 aprel - 31 may) abituriyent tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edir və elektron ərizəsini təsdiqlədir.

Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar.

Xəbər lenti

Xəbər lenti