...

İranda Xəzər dənizinin tarixi ilə bağlı film çəkilir

Cəmiyyət Materials 7 İyun 2011 12:53 (UTC +04:00)
İran Televiziyasının "Simafilm" mərkəzində Xəzər dənizinin tarixi ilə bağlı "Xəzər nağılları" adlı üçhissəli film çəkilir. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.
İranda Xəzər dənizinin tarixi ilə bağlı film çəkilir

Azərbaycan, Bakı, 7 iyun /Trend/

İran Televiziyasının "Simafilm" mərkəzində Xəzər dənizinin tarixi ilə bağlı "Xəzər nağılları" adlı üçhissəli film çəkilir. Bu barədə Trend İranın İSNA xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, film üç ayrı mövzu əsasında hazırlanacaq. "Fanus işığı altında" adlı birinci hissədə Xəzər dənizinin 300 il bundan öncəki tarixi, Xəzər sahilində yaşayan əhalinin dəniz quldurları ilə mübarizəsi və həmin dövrdəki proseslər öz əksini tapır.

"Ay işığı altında" adlanan ikinci hissədə Xəzər dənizinin 100 il bundan öncəki tarixi və rus imperiyasının Xəzər ətrafında yaşayan əhaliyə qarşı törətdiyi cinayətlər əks olunur.

Üçüncü hissə isə "Günəş işığı altında" adlanır və burada Xəzər dənizinin indiki tarixindən, region xalqlarının öz mənafeylərini qorumaq üçün göstərdiyi səylərdən və baş verən proseslərdən danışılır.

Filmin prodüseri Davud Daneşvərdir.

Xəbər lenti

Xəbər lenti