...

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri Macarıstanda nəşr olunub

Cəmiyyət Materials 9 İyun 2011 14:22 (UTC +04:00)
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsəri Macarıstanda nəşr olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsəri Macarıstanda nəşr olunub

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir T.Hacıyev/

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Hədiqətüs-süəda" əsəri Macarıstanda nəşr olunub. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Əsər Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü və yardımı ilə Macarıstan Elmlər Akademiyasının "Akaprint Kiado" nəşriyyatında nəfis şəkildə nəşr olunub. Macar dilində "İslamın müqəddəs şəhidlərinin bağçası" adı ilə işıq üzü görən əsəri orijinaldan tanınmış türkoloq-alim, professor İmre Adorian çevirib. Macar alim eyni zamanda kitaba ön söz və şərhlər də yazıb. O, Füzulinin zəngin irsindən məhz "Hədiqətüs-süəda" əsərinə müraciətini bu poemanın yüksək bədii məziyyətləri və humanist qayəsi ilə əsaslandırıb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Teymur Kərimli kitaba Füzuli yaradıcılığının ümumbəşəri mahiyyətindən bəhs edən müqəddimə yazıb. Yaxın günlərdə Macarıstan Elmlər Akademiyasında nəşrin təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti