...

Şuşa uşaq musiqi məktəbinin şagirdləri İtaliyanın paytaxtında çıxış ediblər (FOTO)

Cəmiyyət Materials 11 İyun 2011 16:25 (UTC +04:00)
Romanın "Çelimantano" sarayında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən köçkün düşmüş ailələrdən olan uşaqlardan ibarət "Şuşanın dağları" musiqi ansamblının konserti keçirilib.
Şuşa uşaq musiqi məktəbinin şagirdləri İtaliyanın paytaxtında çıxış ediblər (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir P.Həmidov/

Romanın "Çelimantano" sarayında Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən köçkün düşmüş ailələrdən olan uşaqlardan ibarət "Şuşanın dağları" musiqi ansamblının konserti keçirilib. Azərbaycanın İtaliyadakı səfirliyinin şənbə günü yaydığı məlumatda bildirilir ki, qurumun dəstəyi ilə keçirilən konsert proqranı 1 iyun - Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Gününə həsr edilib. İyunun 7-də həmin ansamblın konserti Milan şəhərində də keçirilib.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov konsert proqramından öncə qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin ağır nəticələrindən danışaraq ondan ən çox qaçqın və köçkün uşaqlarının əziyyət çəkdiyini qeyd edib.

İtaliyanın "Dünya Gəncləri Assosiasiyası" təşkilatının katibi Marina Sessa uşaq hüquqlarının müdafiəsi problemləri və bu sahədə mövcud olan beynəlxalq hüquq normalarının tətbiqi haqqında söhbət açıb.

Konsert zamanı gənc musiqiçilər qonaqlar qarşısında Azərbaycan xalq musiqisi nümunələrini ifa ediblər. Konsertdən sonra münaqişənin qurbanları olmuş qaçqın və köçkünlərin həyatına həsr edilmiş foto-sərgi təşkil edilib.

Xəbər lenti

Xəbər lenti