...

"AKKORD" komandası bütün rəqiblərinə qalib gəldi

Cəmiyyət Materials 13 İyun 2011 11:48 (UTC +04:00)

Slovakiyanın Bratislava şəhərində otüstü hokkey üzrə kişi və qadınlar arasında Avropa Çempionlar Kubokunun "Çelenc IV" turniri uğurla davam edir.

İyunun 11-də "AKKORD" otüstü hokkey komandası "Çelenc IV" turnirində ikinci oyununu keçirib. A qrupunda qərarlaşmış "AKKORD" komandası Türkiyənin "Qaziyəntəp Polisgücü" klubu ilə qarşılaşıb. Maraqlı anlarla yadda qalan qarşılaşma Komandamızın 4:2 hesablı qələbəsi ilə nəticələnib.

İyunun 12-də isə "AKKORD" son oyununu Slovakiyanın "Raca" komandası ilə keçirib və rəqibini 3:0 hesabı ilə məğlub edib.

Buna qədər isə "AKKORD" komandası Sloveniyanın "Moravskoye Toplitse" klubuna 10:2 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, "AKKORD" komandası artıq yarımfinaldadır. İyunun 13-də Bolqarıstanın "NSA" komandası ilə final qarşılaşması olacaq.

Xəbər lenti

Xəbər lenti