...

Azərbaycanda bioqazların istehsalı ilə bağlı 5 pilot layihə həyata keçirilir

Cəmiyyət Materials 8 İyul 2011 11:37 (UTC +04:00)
Azərbaycanda bioqazların istehsalı ilə bağlı 5 pilot layihə həyata keçirilir.
Azərbaycanda bioqazların istehsalı ilə bağlı 5 pilot layihə həyata keçirilir

Azərbaycan, Bakı, 8 iyul /Trend müxbir T.Hacıyev/

Azərbaycanda bioqazların istehsalı ilə bağlı 5 pilot layihə həyata keçirilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə bildirib.

"Kəndlərdə müvafiq qurğular quraşdırılıb ki, mal-qaranın tullantıları çölə atılmasın, həmin tullantılar bir yerə yığılsın və ondan metan qazı əldə edilsin", - Bağırov əlavə edib.

Onun sözlərinə görə, bu üsulla yüksək keyfiyyətli gübrə və metan qazı istehsal etmək mümkündür.

"Bu qurğular işə başlaması ilə meşələr qorunacaq, yəni insanlar odun əldə etmək üçün meşələrdəki ağacları doğramayacaq", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti