...

Bu il rus bölməsinin abituriyentləri üçün bəzi ödənişli ixtisaslar üzrə keçid balları aşağı ola bilər

Cəmiyyət Materials 8 İyul 2011 13:01 (UTC +04:00)
Bu il ali məktəblərə qəbul zamanı Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsinin abituriyentləri üçün bəzi ödənişli ixtisaslar üzrə keçid balları nisbətən aşağı ola bilər.
Bu il rus bölməsinin abituriyentləri üçün bəzi ödənişli ixtisaslar üzrə keçid balları aşağı ola bilər

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu il ali məktəblərə qəbul zamanı Azərbaycan bölməsi ilə müqayisədə rus bölməsinin abituriyentləri üçün bəzi ödənişli ixtisaslar üzrə keçid balları nisbətən aşağı ola bilər.

Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, keçid ballarının aşağı olmasının əsas səbəbi ali məktəblərə sənəd verən Azərbaycan bölməsi abituriyentlərinin sayının daha çox, rus bölməsi abituriyentlərinin sayının isə az olması ilə bağlı ola bilər.

TQDK sədri bildirib ki, müəyyən ödənişli ixtisaslar üzrə müsabiqə Azərbaycan və rus bölmələri üçün ayrı-ayrı keçirilir. Amma dövlət sifarişli ixtisaslar üzrə müsabiqə Azərbaycan və rus bölmələrinin abituriyentləri üçün birgə aparılır.

"Bu o deməkdir ki, kim daha çox bal toplayıbsa, onlar həmin yerlər üzrə yerləşdiriləcəklər. Bu, dinamik bir prosesdir. Biz hələ bilmirik ki, kim Azərbaycan və rus bölməsində hansı ixtisası seçəcək. Yalnız bu proses başa çatandan - abituriyentlər ərizələrində ixtisaslarını qeyd edəndən sonra biz deyə bilərik ki, bu ixtisası seçənlər arasında Azərbaycan abituriyentlərinin nəticələri daha yüksəkdir. Bu ixtisası seçənlər arasında isə rus bölməsinin məzunları öz nəticələrinə görə üstünlük təşkil edir. Bu istəklərin paylanılması hər il fərqli ola bilər. Bu, heç də abituriyentlərin bilik səviyyəsindən, bu il təqdim olunan plan yerlərindən asılı deyil", - Abbaszadə söyləyib.

Xəbər lenti

Xəbər lenti