...

Təhsil Nazirliyi 1 ali məktəbin, 2 kollecin fəaliyyətini "kafi" qiymətləndirib

Cəmiyyət Materials 13 İyul 2011 16:00 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi 3 təhsil müəssisəsinin akkreditasiyasını yekunlaşdırıb. Bunu Trend-ə Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.
Təhsil Nazirliyi 1 ali məktəbin, 2 kollecin fəaliyyətini "kafi" qiymətləndirib

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi 3 təhsil müəssisəsinin akkreditasiyasını yekunlaşdırıb. Bunu Trend-ə Təhsil Nazirliyinin akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev deyib.

Onun sözlərinə görə, həmin müəssisələr Təfəkkür Universiteti, Bakı Texniki Kolleci və Sumqayıt Musiqi Kollecidir.

Bu müəssisələrin akkreditasiyasının nəticələri sabah müzakirə ediləcək.

Zərbəliyev deyib ki, sabah həmin müəssisələrin hər üçünün fəaliyyətinin "kafi" qiymətləndirilməsi təklif olunacaq.

Təhsil müəssisəsinin akkreditasiyası hər 5 ildə (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinin akkreditasiyası 3 ildə) bir dəfə həyata keçirilir. Akkreditasiyadan keçməyən təhsil müəssisəsinə və ya ayrı-ayrı proqramlar üzrə kadr hazırlığına növbəti tədris ili üçün qəbul planlaşdırılmır.

Akkreditasiyadan keçməyən təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları 1 ildən sonra təkrar akkreditasiyadan keçə bilər. Təhsil müəssisəsi və ya onun ayrı-ayrı təhsil proqramları təkrar akkreditasiyadan keçmədikdə, onun təhsil fəaliyyəti dayandırılır və təhsil alanların digər təhsil müəssisələrində təhsilinin davam etdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti