...

Azərbaycanda ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Cəmiyyət Materials 23 İyul 2011 18:20 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şənbə günü 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb.
Azərbaycanda ali məktəblərə II ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2011/2012-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə iyulun 22-də keçirdiyi qəbul imtahanının nəticələri açıqlanıb. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirilib ki, imtahan nəticələri şənbə günü TQDK-nın internet saytında (tqdk.gov.az) yerləşdirilib.

İmtahan nəticələri barədə məlumatı həmçinin Azercell və Bakcell nömrələrindən mobil telefonla "İmtahancell" xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə bilər.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş abituriyentlərdən 620 nəfəri imtahanda iştirak etməmişdir. İmtahanda iştirak edən abituriyentlərdən 62 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilmişdir. Test imtahanının nəticəsinə əsasən 9643 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

II ixtisas qrupu üzrə test imtahanının nəticəsi əsasında imtahan ballarının paylanması "Abituriyent" jurnalının xüsusi buraxılışında dərc olunub.

Xəbər lenti

Xəbər lenti