...

Azərbaycanda kino layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Cəmiyyət Materials 27 İyul 2011 11:51 (UTC +04:00)
Azərbaycanda keçirilən "Bu meydan, bu ekran-2011" kino layihələri müsabiqəsinə yekun vurulub.
Azərbaycanda kino layihələri müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 27 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda keçirilən "Bu meydan, bu ekran-2011" kino layihələri müsabiqəsinə yekun vurulub.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, müsabiqə "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək, kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaratmaq, həmçinin audiovizual məhsul istehsalı ilə məşğul olan şirkətlərə dəstək vermək, onların fəaliyyəti üçün stimul yaratmaq məqsədilə elan edilib.

Müsabiqəsinin münsiflər heyətinin qərarı əsasında qalib kimi 4 kino layihəsi təsdiqlənib. Onlar "Orman prodakşn" şirkətinin "Mayak", "Art Qlobal prodakşn" şirkətinin "İşığa doğru", "EXA prodakşn" prodüser mərkəzinin "Paralel həyat", "Butafilm" kino şirkətinin "Qaranquş yuvası" layihəsidir.

Xəbər lenti

Xəbər lenti