Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İ.İsabalayeva/
2011-ci il üçün 434,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin (20,1 milyon ədəd nərəcinsli, 175 min ədəd qızılbalıq, 414 milyon ədəd çəkikimi balıq növləri) Kür çayına, Kür çayının dənizə qovuşan hissəsinə, eyni zamanda su anbarlarına buraxılışı proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 6 aylıq fəaliyyətinin yekunlarına dair məlumatında bildirilir.
Məlumata görə, su hövzələrində bioloji resursların artırılması və mühafizəsi istiqamətində nərə balıqartırma zavodlarında balıqartırma mövsümünə hazırlıq işlərinin aparılması ilə yanaşı, törədici balıqların tədarük edilməsi məqsədilə balıq ovlayan şirkətlərlə müvafiq müqavilələr də bağlanıb.
Eyni zamanda, alınacaq sürfələrin və körpələrin canlı yem orqanizmləri ilə təmin edilməsi üçün yem bazasının yaradılması istiqamətində biotexniki normativlərə uyğun işlər görülüb.
Qanun pozucularından 4 ədəd qayıq, 52 ədəd tor, 435 növ balıq götürülüb, bioloji resurslara vurulmuş ziyanla bağlı 29 696 manat məbləğində iddia qaldırılıb.
Bu il Azərbaycanda 434,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin buraxılışı proqnozlaşdırılır
2011-ci il üçün 434,2 milyon ədəd müxtəlif növ balıq körpələrinin (20,1 milyon ədəd nərəcinsli, 175 min ədəd qızılbalıq, 414 milyon ədəd çəkikimi balıq növləri) Kür çayına, Kür çayının dənizə qovuşan hissəsinə, eyni zamanda su anbarlarına buraxılışı proqnozlaşdırılır.
