...

Niderlandddan gələn nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Cəmiyyət Materials 28 İyul 2011 16:50 (UTC +04:00)
Niderlanddan gələn nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib
Niderlandddan gələn nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Hacıyev/

Niderlanddan gələn nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib. Bu barədə cümə axşamı Trend-ə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Valeh Hacıyevlə görüşdə Niderland Krallığındakı Azərbaycan diasporunun mövcud vəziyyəti müzakirə olunub. Osterveyk şəhərinin meri Hans Yansen Niderland Krallığında yaşayan azərbaycanlıların ölkənin ictimai, iqtisadi və mədəni həyatında fəal iştirak etdiklərini və bu fəaliyyətin Azərbaycan və Niderland xalqları və dövlətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsinə xidmət etdiyini bildirib.

Niderland Krallığı nümayəndə heyətinin Azərbaycana səfəri iyulun 30-dək davam edəcək. Səfər çərçivəsində nümayəndə heyəti Bakı ilə yanaşı, Zaqatala və Şəkidə də bir sıra görüşlər keçirib.

Xəbər lenti

Xəbər lenti