...

Azərbaycanda yüksək temperatur göllərdəki balıqlar üçün təhlükə yaratmayıb - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 3 Avqust 2011 16:16 (UTC +04:00)
Son günlər Azərbaycan ərazisində müşahidə edilən yüksək temperatur ölkənin göllərindəki balıqlar üçün heç bir təhlükə yaratmayıb.
Azərbaycanda yüksək temperatur göllərdəki balıqlar üçün təhlükə yaratmayıb - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir İ.İsabalayeva/

Son günlər Azərbaycan ərazisində müşahidə edilən yüksək temperatur ölkənin göllərindəki balıqlar üçün heç bir təhlükə yaratmayıb. Bu barədə Trend-ə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Son iki gün ərzində Azərbaycanla həmsərhəd olan Gürcüstanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batuminin yaxınlığındakı göldə balıqlar kütləvi şəkildə tələf olur.

Balıqların tələf olmasına səbəb asfiksiya - güclü istidən suda oksigenin konsentrasiyasının aşağı düşməsidir.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, Gürcüstanda kiçik, qapalı göllər olduğundan orada balıqların tələfatı üçün şərait yaran bilər.

"Ola bilər ki, gölün suyu azalıb, havanın temperaturu ilə əlaqədar su dibə qədər qızıb. Amma bizdə elə problem yoxdur. Hazırda bütün göllərdə hər şey normaldır", - ETSN-dən deyilib.

Xəbər lenti

Xəbər lenti