...

Azərbaycanın "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Cəmiyyət Materials 11 Avqust 2011 14:14 (UTC +04:00)
Azərbaycanın "Halay" ansamblı Macarıstanda çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.
Azərbaycanın "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Azərbaycanın "Halay" ansamblı Macarıstanda çıxış edəcək. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilib.

Avqustun 12-dən 22-nə qədər Macarıstanın Sazhalombatta şəhərində ənənəvi Beynəlxalq Folklor Festivalı keçiriləcək. 20-dən çox ölkənin folklor kollektivlərinin iştirak edəcəyi festivalda Azərbaycanı Masallı rayonunun "Halay" rəqs qrupu təmsil edəcək.

Azərbaycan musiqiçilərinin ilk çıxışı avqustun 13-də, festivalın açılış mərasimində olacaq. "Halay" festival günlərində Sazhalombatta şəhəri ilə yanaşı, Macarıstanın Tököl və Rakeve şəhərlərində də konsert proqramları ilə çıxış edəcək. Müxtəlif illərdə dünyanın yüzə yaxın ölkəsindən folklor ansambllarının qatıldığı bu festivalda Azərbaycan ilk dəfə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti