...

Orifleym və WTA-nın əməkdaşlığı (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2011 10:19 (UTC +04:00)
İyulun 18-də Bakı Tennis Akademiyasında Azərbaycanın paytaxtında təşkil olunmuş Baku Cup turniri çərçivəsində WTA (Women's Tennis Association - Qadın Tennis Assosiasiyası) və Orifleymin əməkdaşlığına həsr olunmuş mətbuat konfransı keçirilib. Qeyd olunmalıdır ki, 2011-ci il yanvarın 1-dən Orifleym Qadın Tennis Assosiasiyasının rəsmi sponsorudur.
Orifleym və WTA-nın əməkdaşlığı (FOTO)

İyulun 18-də Bakı Tennis Akademiyasında Azərbaycanın paytaxtında təşkil olunmuş Baku Cup turniri çərçivəsində WTA (Women's Tennis Association - Qadın Tennis Assosiasiyası) və Orifleymin əməkdaşlığına həsr olunmuş mətbuat konfransı keçirilib. Qeyd olunmalıdır ki, 2011-ci il yanvarın 1-dən Orifleym Qadın Tennis Assosiasiyasının rəsmi sponsorudur.

Sosial məsuliyyət, enerji və optimizmlə dolu həyat, böyük ambisiyalar və prinsiplərinə sadiqlik - WTA idmançıları və Orifleym şirkətini birləşdirən başlıca keyfiyyət məhz bunlardır. Qeyd edək ki, Orifleym şirkəti genişlənən biznesə malikdir və on minlərlə azərbaycanlılarla əməkdaşlıq edir. İnadkar əmək tək idmançıları yox, o cümlədən 2009-cu ildən rəqibləri ilə müqayisədə Azərbaycanda 1 nömrəli kosmetika brendinə çevrilən Orifleyimdə özlərinin şəxsi biznesini yaradan on minlərlə azərbaycanlıya da uğur gətirib.

Mətbuat konfransında Turnirin təşkilatçısı və tanınmış tennisçi Leyla Mesxi, turnirin və Qadın Tennis Assosiasiyasının (WTA) rəsmi sponsorlarından biri və dünya müstəvisində kifayət qədər populyar olan Oriflame şirkətinin baş direktoru Sergey Oleksiyenko, WTA-nın baş meneceri Kristian Roamhild və ən nəhayət qadın tennisçilər arasında dünyada 3-cü sırada olan rusiyalı raketka ustası Vera Zvonaryova iştirak edirdi.

Tədbiri açan Orifleym Azərbaycan şirkətinin baş direktoru Sergey Oleksiyenko deyib: "WTA Orifleym üçün ideal strateji tərəfdaşdır. Çünki hər iki təşkilat qadınlara daha yaxşı görünmək, uğur qazanmaq, məqsədlərinə çatmaq, ambisiyalı olmaq və arzularını reallaşdırmaqda yardım göstərmək ruhu və ehtirası birləşdirir. WTA-da bütün dünyadakı insanları hər şeydə uğur qazanmağa ruhlandıran güclü idmançı qadınlr tərəfindən qurulmuş idmanın mahiyyəti reallaşıb. Qeyd olunmalıdır ki, bu söylədiklərimiz də Orifleymin əsas dəyərlərindən sayılır".

"Mən Bakıya səfər etməyimə görə şadam. Şəhər mənim çox xoşuma gəldi. Turnir və Orifleymə gəldikdə isə onu deyə bilərəm ki, hər iki təşkilatda peşəkar və məsuliyyətli adamlar çalışır. Bu o deməkdir ki, onlar hər zaman uğur qazanacaqlar. Ən əsası insanların xoşbəxtliyi üçün hər şeyi etməkdir. Biz çox şadıq ki, Orifleym kimi böyük və tanınmış şirkət bizim qızlarımıza və belə turnirlərə dəstək göstərir" - deyə Leyla Mesxi bildirib.

Vera Zvonaryovanın fikirlərini təqdim edirik: "Mən bilirəm ki, Bakıda tennisə böyük maraq var və bu maraq gündən-günə artır. Bakıda 10 il əvvəl olmuşam. Qeyd etməliyəm ki, şəhəriniz müsbət tərəfə doğru çox dəyişib" - bu fikirləri isə Vera Zvonaryova səsləndirib. "Orifleymə gəlikdə isə mən həmişə onun məhsullarından istifadə edirəm. İdmançı və ya başqa peşə sahibi olmasından asılı olmayaraq hər bir qadın gözəl görünmək istəyir. Mən də istisna deyiləm. Kortda və şəxsi həyatımda özümə baxmağa çalışıram. Mən özüm Orifleymin məhsullarından istifadə edirəm və bütün qızlara da bunu məsləhət görürəm" - deyə o bildirib.

Şirkət haqqında məlumat

Orifleym - 1967-ci ildə əsası qoyulmuş və hal-hazırda dünyanın 60-dan çox ölkəsində təmsil olunan beynəlxalq kosmetika şirkətidir. Orifleym İsveç istehsalı olan təbii və innovasiyalı kosmetika vasitələrinin geniş çeşidini təklif edir. Şirkətin 1,5 milyard avrodan çox illik satış həcmi 3,8 milyon müstəqil məsləhətçilərin köməyilə birbaşa satışlar metodu ilə təmin edilir. Orifleym Make Money Today and Fulfil Your Tomorrow™ unikal konsepsiyası əsasında pul qazanmaq, arzu və ambisiyalarını gerçəkləşdirmək istəyən insanlara biznes-imkanlar təklif edir. Orifleymin əsas fəaliyyət prinsipi insanlar və təbiətə hörmətdir, bu isə şirkətin sosial və ekoloji siyasətində əks olunub. Orifleym bütün dünya üzrə bir neçə xeyriyyə layihələrini dəstəkləyir və Beynəlxalq Uşaq Fondunun həmtəsisçilərindən biridir. Orifleym şirkəti Nasdaq OMX Nordic Exchange-də də təmsil olunub.

Xəbər lenti

Xəbər lenti