...

Azərbaycanda yağışlı hava avqustun 28-dək davam edəcək

Cəmiyyət Materials 27 Avqust 2011 12:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 28-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Azərbaycanda yağışlı hava avqustun 28-dək davam edəcək

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Azərbaycanda yağışlı hava avqustun 28-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 28-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 27-dən 28-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22, gündüz 24-28 dərəcə təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə olacaq.

Azərbaycanın rayonlarında avqustun 28-də arabir yağış yağacağı, şimal və şərq rayonlarında leysan xarakterli olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti