...

Dövlət Sosial Müdafiə Fondu bu ilin 8 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 100,34 faiz icra edib

Cəmiyyət Materials 12 Sentyabr 2011 11:31 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu bu ilin 8 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 100,34 faiz icra edib.
Dövlət Sosial Müdafiə Fondu bu ilin 8 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 100,34 faiz icra edib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Dövlət Sosial Müdafiə Fondu bu ilin 8 ayında qeyri-büdcə sektoru üzrə proqnozu 100,34 faiz icra edib.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan bazar ertəsi Trend-ə bildirilib ki, ilkin məlumatlara əsasən, 2011-ci ilin yanvar-avqust aylarında DSMF gəlirləri 1337,5 milyon manat təşkil edib ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 212,9 milyon manat və ya 18,9 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2010-cu ilin müvafiq dövrünə nisbətən 12,4 faiz və ya 85,1 milyon manat artaraq 774,5 milyon manat təşkil edib.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,7 faizi və ya 455 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,1 faiz və ya 52,6 milyon manat artıb, proqnoz isə 100,34 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, həm də torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 14,2 faiz, torpaq mülkiyyətçiləri üzrə isə 19,9 faiz artıb.

2011-ci ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 319,4 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3 faiz və ya 32,5 milyon manat artıb.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2011-ci ilin yanvar-avqust aylarında DSMF-nin xərcləri 1321,3 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1291,6 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 202,8 milyon manat və ya 18,6 faiz çoxdur. Pensiya xərcləri 2010-cu ilin müvafiq dövrünə nisbətən 18,7 faiz və ya 198,1 milyon manat artaraq 1256 milyon manat təşkil edib.

2011-ci ilin ilk 8 ayında əhaliyə 35,6 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 32,7 faizi hamiləliyə və doğuma görə, 27,0 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,8 faizi dəfn üçün, 19,6 faizi isə digər müavinətlərin payına düşür.

Xəbər lenti

Xəbər lenti