...

Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak edib

Cəmiyyət Materials 20 Sentyabr 2011 14:45 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Bursa şəhərində keçirilən II Böyük Rumeli Balkan Festivalında iştirak edib.
Millət vəkili Qənirə Paşayeva Türkiyədə keçirilən beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir T.Hacıyev/

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Bursa şəhərində keçirilən II Böyük Rumeli Balkan Festivalında iştirak edib.

Mustafa Kamal Atatürk adına mərkəzi şəhər stadionunda təşkil olunan tədbirdə Türkiyənin hökumət və parlament numayəndələri, Balkan ölkələrindən, eləcə də dünyanın müxtəlif bölgələrindən gəlmiş türk əsilli nazirlər, millət vəkilləri, bələdiyyə başqanları və minlərlə yerli sakin iştirak edib.

Festivalda çıxış edən Paşayeva diqqəti Azərbaycan torpaqlarının işğalı faktına və bu faktın bütün türk dünyasını təhdid edən bir təcavüzkarlıq aktı olduğuna yönəldib. Deputat iştirakçıları Qarabağ ugrunda mubarizədə azərbaycanlı qardaşlarının haqq səsini eşitməyə səsləyib.

O, qaçqın və məcburi köçkünlərin durumunun, işğal altındakı ərazilərdəki milli, tarixi mədəniyyət abidələrinin dağıdılması və "erməniləşdirilməsi"nin, işğal faktının davam etməsinin yalnız Azərbaycanın milli məsələsi olmadığını, bir insani problem olduğunu vurğulayıb.

Millət vəkili tədbir iştirakçılarına Ermənistanın törətdiyi vandalizm aktlarına dair faktları, statistik göstəriciləri də çatdırıb.

"Sizi bizim qədər yaxşı anlayan olmaz. Çünki biz eyni kədəri yaşayırıq. 1988-ci ildən Ermənistan öz ərazisində etnik təmizləməyə başlayaraq yüz minlərlə insanımızı ata-baba yurdundan didərgin saldı. Bundan başqa, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi. 20 ilə yaxındır ki, Dağlıq Qarabağımızı və ona bitişik olan 7 rayonumuzu işğal altında saxlayır. Sizin 1 milyon bacı-qardaşınız 20 ilə yaxındır ki, qaçqın və məcburi köçkün həyatı yaşayır və öz torpaqlarına, öz evlərinə dönə bilmirlər. Ermənistan onların öz evlərinə dönməsinə, öz doğmalarının qəbirlərini ziyarət etməyə icazə vermir. Nəinki icazə vermir, üstəlik həmin qəbristanlıqları dağıdır", - Paşayeva vurğulayıb.

Millət vəkili türk gəncliyini də birliyə çağırıb.

Xəbər lenti

Xəbər lenti