...

Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi geyimlərində dəyişiklik edilib

Cəmiyyət Materials 26 Sentyabr 2011 11:13 (UTC +04:00)
Nazirlər Kabineti Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normalarına dəyişiklik edib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi geyimlərində dəyişiklik edilib

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Nazirlər Kabineti Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normalarına dəyişiklik edib.

Nazirlər Kabinetindən bazar ertəsi Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının hərbi geyim və əşya əmlakı ilə təminat normaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 17 aprel tarixli 108 nömrəli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edilib.

Normalara dəyişiklikdə qeyd olunub ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının Fəxri Qarovul taborunun hərbi qulluqçularının xüsusi mərasim geyim forması xüsusi mərasim geyim forması və xüsusi milli mərasim geyim formasındadır.

Normalarda hər iki mərasim geyim formalarının rəngi və geyilmə müddətləri müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti