Gürcüstan, Tbilisi, 28 sentyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstan və Azərbaycan "Avropa üçün ətraf mühit" proqramı çərçivəsində konkret layihələrin həyata keçirilməsi ilə məşğul olan ölkələrin siyahısına qoşulublar. Trend-in məlumatına görə, bu barədə BMT-nin Xəbər Mərkəzinin məlumatında deyilir.
İlk dəfə olaraq "Avropa üçün ətraf mühit" proqramı çərçivəsində 20 ölkə su resurslarının idarə edilməsinin yaxşılaşdırılması üzrə 75 konkret layihənin reallaşdırlacağını vəd ediblər. Onların arasında Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan və Estoniya da var.
Bugünədək Avropa üçün "ətraf mühit" olmaq öhdəliyini Azərbaycan, Avstriya, Bolqarıstan, Bosniya və Hersoqovina, Macarıstan, Almaniya, Gürcüstan, İtaliya, Portuqaliya, Moldova, Rumıniya, Serbiya, ABŞ, Özbəkistan, Finlandiya, Xorvatiya, Çex Respublikası, İsveçrə və Estoniya öz üzərinə götürüb.