...

Allahşükür Paşazadə: Qafqazın xoşbəxt gələcəyi dinlərarası anlaşma, ərazi bütövlüyünün qorunmasından asılıdır

Cəmiyyət Materials 29 Sentyabr 2011 10:42 (UTC +04:00)
Qafqazın xoşbəxt gələcəyinə aparan yeganə yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, ərazi bütövlüyünün qorunub saxlanmasından keçir.
Allahşükür Paşazadə: Qafqazın xoşbəxt gələcəyi dinlərarası anlaşma, ərazi bütövlüyünün qorunmasından asılıdır

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Qafqazın xoşbəxt gələcəyinə aparan yeganə yol millətlərarası və dinlərarası anlaşma, əməkdaşlıq, ərazi bütövlüyünün qorunub saxlanmasından keçir. Trend-in məlumatına görə, bunu cümə axşamı Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş, "Qafqazda ekstremizm ideologiyasının yayılmasının qarşısının alınması" mövzusunda keçirilən elmi-praktiki konfransın açılışında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Qafqazda əmin-amanlıq, rifah hər birimiz üçün çox vacidbir", - Paşazadə deyib.

Onun sözlərinə görə, müstəqillik illərində Azərbaycanın əldə etdiyi ən böyük uğurlardan biri ölkədə dini, mənəvi dəyərlərin sabitliyidir.

Konfrans Qafqaz Müsəlmanları İdarəsi və Moskva Dövlət Linqvistik Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan və Rusiya din xadimləri, ilahiyyatçıları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti