...

Azərbaycanın olimpiya idman komplekslərində süni qayaların yaradılması planlaşdırılır (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 1 Oktyabr 2011 11:53 (UTC +04:00)
Azərbaycanın olimpiya idman komplekslərində alpinizm idman növü ilə məşğul olmaq üçün süni qayaların yaradılması planlaşdırılır.
Azərbaycanın olimpiya idman komplekslərində süni qayaların yaradılması planlaşdırılır (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:38-də yayılıb)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın olimpiya idman komplekslərində alpinizm idman növü ilə məşğul olmaq üçün süni qayaların yaradılması planlaşdırılır. Trend-in məlumatına görə, bunu Bakıda keçirilən MDB ölkələrinin Alpinizm federasiyaları rəhbərlərinin III sammitində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir Bakı və regionlarda 31 olimpiya kompleksinin tikilib istifadəyə verildiyini və daha 9-nun tikildiyini qeyd edib.

Rəhimov çıxışı zamanı bildirib ki, ilk dəfə olaraq Azərbaycanda alpinizm rəhbərləri toplaşır.

"Alpinizm idman növü son illərdə Azərbaycanda sürətlə inkişaf edir", - nazir deyib.

Onun sözlərinə görə, hazırda ölkədə alpinizmlə məşğul olan iki federasiya fəaliyyət göstərir. "İnanıram ki, romantiklərin və fiziki cəhətdən güclü insanların idman növü daha da inkişaf edəcək", - Rəhimov deyib.

MDB ölkələrinin Alpinizm federasiyaları rəhbərlərinin III sammitində alpinizm üzrə beynəlxalq yarışların təşkil olunması, bütün postsovet ölkələrində alpinizmin təsnifatlarına eyni yanaşmanın işlənilməsi, alpinizm infrastrukturlarının yaradılması müzakirə olunur.

Sammit yekun bəyanatla başa çatacaq.

Xəbər lenti

Xəbər lenti