...

Azərbaycanda turizm resurslarının statusu müəyyənləşdiriləcək

Cəmiyyət Materials 4 Oktyabr 2011 14:51 (UTC +04:00)
Azərbaycanda turizm resurslarının dövlət kadastrı və turizm zonası yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.
Azərbaycanda turizm resurslarının statusu müəyyənləşdiriləcək

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda turizm resurslarının dövlət kadastrı və turizm zonası yaradılacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən bildirilib.

Nazirlikdən deyildiyinə görə, bu məsələ yeni hazırlanan "Turizm haqqında" qanun layihəsində nəzərdə tutulur.

Dövlət kadastrında turizm ehtiyatlarının uçotu və qiymətləndirilməsi aparılacaq. Turizm resurslarının kadastrının yaradılması nəticəsində ölkənin turizm ehtiyatlarının statusu, yəni coğrafi yeri, sərhəd vəziyyəti, elmi, iqtisadi, ekoloji, mədəni dəyərləri, mühafizə rejimi, perspektiv istifadəsi müəyyənləşəcək.

Turizm resurslarının statusu müəyyənləşdikdən sonra artıq onun yerləşdiyi ərazi turizm zonası hesab ediləcək.

Kadastr yaradıldıqdan sonra artıq turizm resursları dövlət nəzarəti altında olacaq və onun fəaliyyəti qanunla tənzimlənəcək.

Bu yeniliyin tətbiqində əsas məqsəd ölkədə turizm sahəsini inkişaf etdirməkdir.

"Turizm haqqında" yeni qanun layihəsi artıq müvafiq dövlət orqanları ilə razılaşdırılıb. Sənəd layihəsi üzərində aparılan işlər yekunlaşmaq üzrədir. Layihə yaxın zamanda Milli Məclisə təqdim ediləcək.

"Turizm haqqında" əvvəlki qanun 1999-cu ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti