...

Latviya Azərbaycanı Avropaya inteqrasiyada dəstəkləməyə həmişə hazırdır – Məsləhət Şurasının sədri

Cəmiyyət Materials 7 Oktyabr 2011 16:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir S.Ağayeva/

Latviya Avropa dövləti və bütün Avropa strukturlarının iştirakçısı kimi Azərbaycanın yaxın tərəfdaşı olaraq həmişə onu dəstəkləməyə hazırdır. Latviyanın Milli azlıqların işləri üzrə Məsləhət Şurasının sədri, azərbaycanlıların "Ocaq" diaspor təşkilatının rəhbəri Roman Əliyev belə hesab edir.

"Azərbaycanın Latviya, Estoniya və Litva kimi dost və tərəfdaş ölkələr vasitəsilə Avropadakı maraqlarının lobbiləşdirilməsi ölkənin xarici siyasətində düzgün istiqamətdir və Latviya Avropa dövləti və bütün Avropa strukturlarının iştirakçısı kimi Azərbaycanın yaxın tərəfdaşı olaraq həmişə onu dəstəkləməyə hazırdır", - Əliyev cümə günü Trend-ə deyib.

Onun sözlərinə görə, Latviya iş adamlarının Azərbaycana marağı yetərincə genişdir, ən müxtəlif sahələrin nümayəndələrinin də maraqları mövcuddur.

"Hər şeydən əvvəl, Azərbaycanın iqtisadi planda Latviyada və müvafiq olaraq Avropada daha güclü və geniş təmsil olunması çox vacibdir, həm də bunun üçün bütün imkanlar var", - o deyib.

Əliyevin sözlərinə görə, bir çox latviyalı mütəxəssislər artıq Azərbaycanla informasiya texnologiyaları sahəsində, bank sektorunda əməkdaşlıq edirlər.

"Bu gün Azərbaycan güclü dövlətdir və çox maraqlı tərəfdaşdır və mənə elə gəlir ki, belə maraq yalnız artacaq", - Əliyev bildirib.

Azərbaycanlıların Latviyadakı diaspor təşkilatının rəhbərinin fikrincə, iki ölkə arasında əməkdaşlığının ayrıca sahəsi turizm ola bilər. Onun sözlərinə görə, Latviyada Azərbaycana böyük maraq var və iki ölkənin turizm agentlikləri arasında birbaşa əlaqələri yoluna qoymaq və Bakı-Riqa marşrutu üzrə müntəzəm birbaşa aviareysləri təmin etmək vacibdir.

Əliyev Latviyanın Milli azlıqların işləri üzrə Məsləhət Şurasının sədri kimi özünün əsas vəzifələrindən birini azərbaycanlıların cəmiyyətə inteqrasiyasına təsir etməkdə görür.

Onun sözlərinə görə, Şura Latviya Prezidentinin qərarı ilə ölkədə yaşayan milli azlıqların cəmiyyətə inteqrasiyası üzrə məsələ və tapşırıqların həlli və Latviyanın dövlət dili kimi latış dili və müxtəlif mədəniyyətlər əsasında dialoqa yardım üçün yenidən fəaliyyətə başlayıb.

Bu gün Latviyada iki minə yaxın azərbaycanlı yaşayır.

Diaspor təşkilatının rəhbəri kimi Əliyev Latviyada yaşayan azərbaycanlı gənclərin onların gələcəkdə cəmiyyətə inteqrasiyası üçün latış dilinin tədrisi səviyyəsinin artırılmasını vacib hesab edir.

"Bizim üçün, Latviyadakı Azərbaycan diasporunun üzvləri üçün başlıca vəzifə azərbaycanlıların, xüsusən də uşaqların Azərbaycan dilini öyrənmələri, öz vətəninin tarixi və mədəniyyətini bilmələri üçün öz kökünü itirməmələridir", - o deyib.

Əliyev Latviya ictimaiyyətini tanış etmək üçün Azərbaycan haqqında latış dilində kitab yazıb.

Xəbər lenti

Xəbər lenti