...

Türkiyədə terror aktının qarşısı alınıb

Cəmiyyət Materials 10 Oktyabr 2011 11:33 (UTC +04:00)
Bu gün İstanbulda şəhərin mərkəzində terror aktı törətməyi planlaşdıran şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər verir.
Türkiyədə terror aktının qarşısı alınıb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/

Bu gün İstanbulda şəhərin mərkəzində terror aktı törətməyi planlaşdıran şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Bu barədə Trend "Sabah" qəzetinə istinadən xəbər verir.

Saxlanılanın üzərində axtarış aparılarkən ondan iki əldəqayırma bomba aşkar edilib. Dindirildikdən sonra o, DİN-in Terrorizmlə mübarizə şöbəsinə aparılıb.

Ötən həftə Türkiyə təhlükəsizlik qüvvələri Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin saxlanması üzrə əməliyyat keçirib. Üzvlər PKK-nın dəstəyi ilə aksiyaların planlaşdırılmasında şübhəli bilinirlər.

Bir az əvvəl, sentyabrın 22-də PKK-nın hərbi qanadı olan "Kürdüstanın Azadlıq Şahinləri" (KAŞ) radikal qruplaşması Ankarada 3 nəfərin həlak olması, 34 nəfərin yaralanması ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Türkiyə son zamanlar terrorla aktiv mübarizəyə başlayıb.Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında kürd separatçılarının mövqelərinə aviazərbələr endirir.

Türkiyə HHQ avqustun 17-si axşam yaraqlıların Türkiyənin şimal-şərqində törətdikləri hücumdan sonra aviazərbələr endirib. Həmin hücum nəticəsində 9 türk hərbiçisi öldürülmüşdü. Bu, Türkiyənin bir ildən artıq müddət ərzində İraqın şimalına endirdiyi ilk zərbələrdir.

Türkiyə iə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Bundan əvvəl PKK yaraqlıları Türkiyə hakimiyyətini çoxillik kürd probleminin həlli ilə bağlı konkret addımlar atılmayacağı təqdirdə silahlı qarşıdurmaların fəallaşacağı ilə hədələyib.

Xəbər lenti

Xəbər lenti