...

Azərbaycanda idman siyasəti mövzusunda elmi-praktik konfrans keçiriləcək

Cəmiyyət Materials 11 Oktyabr 2011 16:55 (UTC +04:00)
Gənclər və İdman Nazirliyində oktyabrın 12-də dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Azərbaycanda idman siyasəti mövzusunda elmi-praktik konfrans keçiriləcək

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir M.Əliyev/

Gənclər və İdman Nazirliyində oktyabrın 12-də dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan "Müstəqil Azərbaycanda idman siyasəti" mövzusunda elmi-praktik konfrans keçiriləcək. Trend-in məlumatına görə, bu barədə qurumun mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda bildirilir.

İdman ictimaiyyətinin nümayəndələrinin iştirak edəcəkləri elmi-praktik konfrans müstəqillik dövründə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına həsr olunur.

2 hissədən ibarət olan konfransa plenar və bölmə iclasları daxildir.

Plenar iclasda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professor və müəllimlərinin "Azərbaycanın müstəqilliyi dövründə bədən tərbiyəsi və idmanın inkişafı", "Müstəqillik dövründə bədən tərbiyəsi və idman sahəsində qəbul olunmuş qanunlar" mövzularında məruzələri və bununla bağlı çıxışları dinləniləcək.

Xəbər lenti

Xəbər lenti