...

Tərəvəzlər xəstəliklərə genetik meyilliliyi sıfıra endirir

Cəmiyyət Materials 14 Oktyabr 2011 20:23 (UTC +04:00)
Hətta genetik analiz insanda ürək-damar xəstəliklərininn yüksək riskinin aşkar etsə belə, duzgün qidalanma insana sağlam ürək bəxş etməyə qadirdir.
Tərəvəzlər xəstəliklərə genetik meyilliliyi sıfıra endirir

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir X.Murtuzayeva/

Hətta genetik analiz insanda ürək-damar xəstəliklərininn yüksək riskinin aşkar etsə belə, duzgün qidalanma insana sağlam ürək bəxş etməyə qadirdir. Trend-in məlumatına görə, bunu Makqill və Makmaster universitetlərinin əməkdaşlarının rəhbərliyi altında çalışan beynəlxalq alimlər qrupu müəyyən edib. Məlumatı "The Gazette" yazır.

Ekspertlər işlərin gedişi zamanı beş müxtəlif etnik qrupa aid olan 27 min insanın vəziyyətini öyrəniblər. Bu, 9p21 geni (ürək xəstəliklərinin inkişafı ilə bağlıdır) ilə sağlam qidanın müsbət xassələri arasında əlaqəni aşkara çıxarmağa imkan verib.

Məlum olub ki, çoxlu meyvə və tərəvəz yeməklə genetik meyillilikdən qaçmaq olar. Mütəxəssislərin fikrincə, çiy tərəvəz uğurun əsas açarıdır. Professor Soni Anand gün ərzində 2-4 porsiya tərəvəz yeməyi tövsiyə edir. Belə tövsiyələrə əməl etmək riski praktiki olaraq sıfıra endirməyə qadirdir.

9p21 geni insanların təxminən 75 faizində mövcuddur. Bu genin iki surətinə malik adamlarda ürək tutması riski 70 faiz təşkil edir. Bir surətə məxsus şəxslərdə isə bu göstərici 30 faizdir. Beləliklə, araşdırma zamanı alimlər hesablayıblar ki, hamıdan pis qidalanan və genin iki surətinə malik insanlar miokard infarktının iki dəfə artmış riskinə malikdirlər. Sağlam qida isə bu riski minimuma endirməyə imkan verir.

Xəbər lenti

Xəbər lenti