...

Qənirə Paşayeva: Dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycanın tərəqqisi üçün çalışmalıdır

Cəmiyyət Materials 17 Oktyabr 2011 17:08 (UTC +04:00)
Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycanın tərəqqisi üçün çalışmalıdır.
Qənirə Paşayeva: Dünyanın hər yerində yaşayan soydaşlarımız Azərbaycanın tərəqqisi üçün çalışmalıdır

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir T.Hacıyev/

Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir soydaşımız Azərbaycanın tərəqqisi üçün çalışmalıdır. Trend-in məlumatın görə, bu barədə millət vəkili Qənirə Paşayeva Bakı Avrasiya Universitetində Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.

O, Azərbaycanın müstəqillik yollarında keçdiyi çətin yol və bu yolda verilən qurbanlar barədə məlumat verib, dövlətimizin müstəqilliyinin əhəmiyyətindən danışıb.

Universitetin rektoru, professor Nazim Hüseynli iştirakçıları müstəqillik günü münasibətilə təbrik edib. O, rəhbərlik etdiyi universitetin müstəqillik illərində Azərbaycan təhsilinə verdiyi töhfələr barədə söz açıb, həmçinin Avrasya Universitetinin uğurları, ümumən elm-təhsil sektorunda baş vermiş yeniliklər, qarşıda duran vəzifələr barədə danışıb.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən millət vəkili Məlahət İbrahimqızı da müstəqilliyimizin böyük nemət olduğunu, müstəqil respublikada yaşamağın böyük qürur mənbəyi olduğunu bildirib. O, ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində respublikamızın müstəqilliyinin geri dönməz xarakter daşıdığını vurgulayıb.

Xəbər lenti

Xəbər lenti