Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda YUNİSEF-lə birgə uşaqlara qarşı cismani cəzanı ləğv edən qanun hazırlanıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında ombudsman Elmira Süleymanova deyib.
"Qanunun qəbulu ilə bağlı müraciəti Milli Məclisin sədrinə yollamışıq. Bu məsələyə baxılacaq. Ümid edirik ki, qanun qəbul olunacaq", - ombudsman deyib.
Süleymanova qeyd edib ki, məktəblərdə, ailələrdə uşaqlara qarşı cismani cəzalar verilir və hətta ölüm halları da olur.
Elmira Süleymanova: Azərbaycanda uşaqlara qarşı cismani cəzanı ləğv edən qanun layihəsi hazırlanıb
Azərbaycanda YUNİSEF-lə birgə uşaqlara qarşı cismani cəzanı ləğv edən qanun hazırlanıb. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında ombudsman Elmira Süleymanova deyib.
