...

Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı seminar keçiriləcək

Cəmiyyət Materials 27 Oktyabr 2011 10:21 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Çexiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə oktyabrın 28-də Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının (Aİ) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək.
Azərbaycanda ətraf mühitin mühafizəsi ilə bağlı seminar keçiriləcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Çexiyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə oktyabrın 28-də Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin Avropa İttifaqının (Aİ) direktivlərinə uyğunlaşdırılması üzrə seminar keçiriləcək.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova cümə axşamı Trend-ə bildirib ki, seminar Aİ-yə üzv olan dövlətlərin təcrübələrindən istifadə etməklə milli və regional siyasi çərçivələrdə Aİ-nin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin həyata keçirilməsinə addım-addım yanaşmaq məqsədi daşıyır.

Tədbirdə aidiyyəti dövlət qurumları ilə yanaşı bir sıra qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı da nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti