...

Peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Cəmiyyət Materials 31 Oktyabr 2011 12:42 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə oktyabrın 29-da keçirilən imtahanın nəticələrini açıqlayıb.
Peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üçün keçirilən imtahanın nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 31 oktyabr / Trend müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ilk peşə-ixtisas təhsili müəssisələrində ixtisas fənləri üzrə müəllim və istehsalat təlimi ustası vakant yerlərinin tutulması üzrə oktyabrın 29-da keçirilən imtahanın nəticələrini açıqlayıb.

Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov bazar ertəsi Trend-ə bildirib ki, imtahanda iştirak üçün 42 nəfərin sənədləri qəbul edilib. Onlardan 3-ü imtahana gəlməyib. İmtahanda iştirak etmiş 39 nəfərdən 31-i işə qəbul olunub.

İmtahanda test suallarının 50 faizindən çoxuna düzgün cavab verən iştirakçı müsabiqədən keçmiş hesab olunub.

Məmmədov deyib ki, qalan vakant yerlər üçün yenidən müsabiqə keçirilməsi nəzərdə tutulur. Şöbə müdiri həmin müsabiqənin keçirilmə vaxtının hələ müəyyənləşmədiyini bildirib.

Azərbaycanda peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul üçün müsabiqə bu il ilk dəfə keçirilir. Ümumilikdə müsabiqəyə 46 xüsusi fənn müəllimi, 58 istehsalat təlimi ustası üzrə vakant yer çıxarılıb.

Xəbər lenti

Xəbər lenti