Azərbaycan, Bakı, 3 noyabr / Trend müxbir M.Əliyev/
Millini özbaşına tərketmə Vaqif Cavadov tərəfindən düz hərəkət deyildi.
Trend-in məlumatına görə, bunu Azərbaycan Futbol Federasiyalar Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev cümə axşamı jurnalistlərə bildirib.
"Futbolçu Vətəninə xidmət edən əsgərdir. O əgər sıralarını tərk edib gedirsə - o fəraridir. 11 nəfər futbolçu Vətəninin bayrağını qoruyur və onları əsgər kimi qəbul etmək lazımdır və onlarda da gərək əsgər nizam-intizamı olsun", - o deyib.
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 7-si keçirilmiş Azərbaycan-Avstriya oyunundan sonra Vaqif Cavadov heç bir səbəb olmadan milli komandadan ayrılıb.
AFFA prezidenti Vaqif Cavadovu fərari hesab edir
Millini özbaşına tərketmə Vaqif Cavadov tərəfindən düz hərəkət deyildi.
