...

Bakıda noyabrın ilk ongünlüyündə qarın yağması sonuncu dəfə ötən əsrin I yarısında müşahidə edilib

Cəmiyyət Materials 7 Noyabr 2011 11:15 (UTC +04:00)
Bakıda noyabrın birinci ongünlüyündə qarın yağması və şaxtalı hava şəraiti sonuncu dəfə ötən əsrin birinci yarısında müşahidə edilib.
Bakıda noyabrın ilk ongünlüyündə qarın yağması sonuncu dəfə ötən əsrin I yarısında müşahidə edilib

Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakıda noyabrın birinci ongünlüyündə qarın yağması və şaxtalı hava şəraiti sonuncu dəfə ötən əsrin birinci yarısında müşahidə edilib. Bunu bazar ertəsi Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Tağıyeva bildirib ki, ötən əsrin birinci yarısında noyabrın ilk ongünlüyündə Bakıda qar yağıb və 2-4 dərəcə şaxta olub.

Dünəndən Bakı və Abşeron yarımadasında olan anomal hava şəraitinin rekord göstərici olmadığını bildirən Tağıyeva qeyd edib ki, son 20 ildə Bakıda noyabrda qar yalnız 1993-cü ildə yağıb. Lakin həmin qar noyabrın ikinci ongünlüyndə müşahidə edilib.

Tağıyevanın sözlərinə görə, dünəndən başlayan anomal hava şəraiti nəticəsində Bakıda havanın temperaturu 10 dərəcəyədək düşüb. Xəzər dənizində küləyin surəti saatda 5,2 metrə çatıb.

O bildirib ki, noyabrın 7-dən 8-nə keçən gecə havanın temperaturu 0 dərəcə olacaq. Ona görə də, səhərə yaxın Bakının bəzi yolları qısamüddətli buz bağlayacaq. Hazırda isə Bakıda gündüz 0 dərəcədən 3 dərəcəyədək isti müşahidə edilir.

Tağıyeva həmçinin bildirib ki, Aran rayonlarında bu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti, Dağlıq ərazilərdə gecə 10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə gecə 13 dərəcə şaxta proqnozlaşdırılır.

Onun sözlərinə görə, anomal hava şəraiti noyabrın 9-u gündüz saatlarına kimi davam edəcək, bundan sonra isə mülayimləşəcək.

Xəbər lenti

Xəbər lenti