...

ANAMA-nın direktoru NATO-da bir sıra görüşlər keçirib

Cəmiyyət Materials 18 Noyabr 2011 14:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 noyabr /Trend/

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov noyabrın 16-da NATO-nun mənzil qərargahında olub. Bu barədə Trend-ə Azərbaycanın NATO yanında nümayəndəliyindən xəbər verilib.

Səfərin əsas məqsədi NATO ilə Saloğlu Sülh Naminə Tərəfdaşlıq (SNT) üzrə Etimad Fondu layihəsinin başa çatması və NATO ilə yeni Ceyrançöl SNT Etimad Fondu layihəsinə başlanması ilə bağlı məsləhətləşmələr keçirmək olub.

İsmayılov NATO rəsmiləri ilə bir sıra görüşlər keçirib, Azərbaycanın NATO yanında nümayəndəliyi tərəfindən səfirlər səviyyəsində təşkil edilən işçi naharda iştirak edib, həmçinin ABŞ-ın NATO yanında daimi nümayəndəliyində NATO Beynəlxalq Katibliyinin və NATO üzv və tərəfdaş dövlətlərinin ekspertləri üçün əsas fokusu Ceyrançöl layihəsi olan brifinq keçirib.

NATO-da keçirdiyi görüşlərdə İsmayılov ANAMA-nın digər fəaliyyətləri barədə məlumat verib. NATO rəsmiləri bu qurumun ölkə hüdudları kənarında gördüyü işləri, xüsusən də Əfqanıstan və Gürcüstanın bu sahədə milli qabiliyyətlərinin inkişaf etdirilməsinə ANAMA-nın töhfəsini yüksək qiymətləndiriblər.

Noyabrın 17-də ANAMA direktoru NATO-nun qərargahı Lüksemburqda yerləşən Maddi-texniki təminat və təchizat agentliyinə (NAMSA) səfər edib və yuxarıda qeyd edilən layihələr barədə NAMSA nümayəndələri ilə ətraflı texniki müzakirələr aparıb.

Xəbər lenti

Xəbər lenti